“Yuventus”un futbolçusu mayın oyunçusu seçildi

23.05.2025

Icma.az, sport24.az saytına istinadən bildirir.

"Yuventus"un yarımmüdafiəçisi Kefren Turam İtaliya çempionatında may ayının ən yaxşı oyunçusu seçilib. Sport24.az xəbər verir ki, bu barədə A seriyasının mətbuat xidməti məlumat yayıb.

Səsvermədə 24 yaşlı fransalı futbolçu Aleks Ximenesi (Milan), Manu Koneni (Roma), Ademola Lokmanı (Atalanta), Skott MakTominayı (Napoli) və Rikkardo Orsolinini (Bolonya) geridə qoyub.

Turam may ayında əvəzolunmadan iki oyun keçirib, bir qol vurub və sarı vərəqə alıb.

Qeyd edək ki, mükafat Turama bazar günü, mayın 25-də "Venesiya" – "Juventus" matçından əvvəl təqdim olunacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью