Yuventusun futbolçusunu İspaniya klubları istəyir

04.12.2024

Sportal.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Yuventus"un futbolçusu Artur Melo İspaniyaya qayıda bilər. 

Sportal.az "The Mirror"a istinadən xəbər verir ki, braziliyalı yarımmüdafiəçi "Jirona" və "Betis" klubları ilə danışıq aparır. Hər iki klub onu heyətinə qatmaq üçün mübarizəyə girib. 

"Yuventus" isə Melonun satışından 15 milyon avro təzminat almaq istəyir. Turin təmsilçisi ilə müqavilə müddəti 2026-cı il iyunun 30-na qədər olan braziliyalının hansı seçimi edəcəyi qışda dəqiqləşəcək.

O, “Qremio”, “Barselona”, “Liverpul” və “Fiorentina” klublarında da çıxış edib.

saytlarin hazirlanmasi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью