“Yuventus”un hücumçusu mövsümü erkən başa vurdu

01.12.2025

Qol.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Yuventus”un hücumçusu mövsümü erkən başa vurdu

“Yuventus”unun hücumçusu Duşan Vlahoviç zədələnib.

QOL.az xəbər verir ki, “La Gazzetta dello Sport”un məlumatına görə, “Kalyari” ilə matçın ilk hissəsində zədələnərək meydanı tərk edən serbiyalı futbolçu 2025-ci ilin sonuna qədər sıradan çıxıb. 25 yaşlı forvardın təxminən iki ay yaşıl meydanlardan uzaq qalacağı və yalnız gələn ilin əvvəlində geri dönəcəyi bildirilir.

Qeyd edək ki, cari mövsümdə Turin təmsilçisinin heyətində 17 oyuna çıxan Vlahoviç 6 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla hazırkı müqaviləsi gələn ilin yayında başa çatır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью