Yuventusun müdafiəçisi qışda İngiltərə nəhənginə keçə bilər

10.11.2024

Icma.az, Fanat portalına istinadən məlumat verir.

"Yuventus"un mərkəz müdafiəçisi Danilo bu qış iş yerini dəyişə bilər.

Fanat.Az xəbər verir ki, məlumatı "Juve Live" yayıb.

Xəbərə görə, 33 yaşlı futbolçunun xidmətində "Mançester Yunayted" maraqlıdır. Mənbə MY-nin yeni baş məşqçisi Ruben Amorimin bu keçidi reallaşdırmağı vacib saydığını, Danilonun isə İngiltərəyə yollanmaq variantına isti yanaşdığını vurğulayıb.

Cari mövsüm Turin klubunun forması ilə bütün turnirlərdə 10 matça çıxan Danilo məhsuldar göstəricilərlə yadda qalmayıb. Onun "Yuventus"la müqaviləsinin müddəti 2025-ci ilin yayına qədər nəzərdə tutulub.

Nihat

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью