“Yuventus”un müdafiəçisi zədələnib

06.05.2025

Icma.az, Apasport portalına istinadən məlumatı açıqlayır.

İtaliya A Seriyası təmsilçilərindən "Yuventus" ciddi itki ilə üzləşib.

Apasport.az xəbər verir ki, komandanın müdafiəçisi Andrea Kambyaso sıradan çıxıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

25 yaşlı futbolçu A Seriyasının "Bolonya" ilə son oyununda (1:1) zədələnib.

Tibbi müayinədən sonra futbolçuya sol ayağının bud əzələsinin uzanması diaqnozu qoyulub.

Qeyd edək ki, İtaliya millisinin üzvü bu mövsüm Turin təmsilçisi ilə meydana çıxdığı 40 rəsmi matçda 2 qol, 4 məhsuldar ötürmə ilə yadda qalıb.

"Çelsi"də mövsümün ən yaxşı futbolçusu bəlli olub “Mançester Yunayted” Onanaya əvəzləyici tapıb Ronaldonun oğlu milliyə çağırılıb Keçmiş dünya çempionu vəfat edib "Qalatasaray" Kaan Ayhanla müqavilə müddətini uzadıb
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью