Yuventusun sabiq baş məşqçisi İngiltərədə işləyə bilər

04.12.2024

Icma.az, Sfera.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İtaliyanın "Yuventus" klubunun sabiq baş məşqçisi Massimiliano Alleqri İngiltərədə işləyə bilər.

Sfera.az xəbər verir ki, bu barədə "Calciomercato" nəşri məlumat yayıb.

57 yaşlı mütəxəssisin "Vest Hem"də Xulen Lopeteqini əvəzləyəcəyi iddia olunur.

London təmsilçisi ispaniyalı mütəxəssisin istefasını nəzərdən keçirir.

Qeyd edək ki, Massimiliano Alleqri 2024-cü ilin mayında "Yuventus"la vidalaşıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью