futbolpress-az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Yuventus”un sabiq baş məşqçisi Tiaqo Motta Rusiyanın “Spartak” klubundan təklif alıb.
Futbolpress.az xəbər verir ki, bu barədə “Calciomercato” nəşri məlumat yayıb. Mütəxəssis Moskva təmsilçisinin təklifini rədd edib.
“Spartak”da bir müddət əvvəl baş məşqçi Deyan Stankoviçlə yollar ayrılıb. Moskva klubu Premyer Liqada 15 turdan sonra 6-cı sıradadır.
Motta ötən mövsümün sonlarında “Yuventus”dan göndərilib. O, daha əvvəl “Bolonya”da da işləyib.