futbolpress-az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Milan” heyətini yeni müdafiəçi ilə gücləndirməyə hazırlaşır.
Futbolpress.az xəbər verir ki, “qırmızı-qaralar” “Cenoa”dan Koni de Vinteri transfer etməyə yaxındır. Bu barədə insayder Fabrizio Romano məlumat yayıb. “Milan” “Cenoa” ilə 20 milyon avro qarşılığında ilkin razılığa gəlib.
23 yaşlı müdafiəçi 2024-cü ilin yayında “Yuventus”dan “Cenoa”ya keçib. O, Belçika yığmasının da üzvüdür.