“Yuventus”un ulduzu Fransaya qayıdır?

24.07.2026

futbolpress-az saytına istinadən Icma.az xəbər verir.

“Lion” hücum xəttini yeni futbolçu ilə gücləndirmək niyyətindədir.

Futbolpress.az xəbər verir ki, Fransa təmsilçisi “Yuventus”un belçikalı forvardı Lois Openda ilə yaxından maraqlanır.

Ötən il “RB Leypsiq”dən Turin klubuna keçən, lakin “qoca sinyora”nın heyətində ümidləri doğrultmayan 26 yaşlı hücumçu yenidən Fransaya qayıtmağa müsbət baxır. “L’Équipe” nəşrinin məlumatına görə, təcrübəli futbolçu artıq “Lion”a keçməyə razılıq verib, lakin İtaliya klubu oyunçunu daha sərfəli şərtlərlə İngiltərəyə satmaq variantına üstünlük verir.

Transferdə yarana biləcək hər hansı maneəni nəzərə alan “Lion” alternativ namizədləri də müəyyənləşdirib. “Real Madrid”dən Endrik variantı uğursuzluqla nəticələndikdən sonra klub rəhbərliyi diqqətini Matis Tel (“Tottenhem”) və Arno Kalimuendoya (“Nottingem Forest”) yönəldib. Məhdud büdcə səbəbindən Liqa 1 təmsilçisi bu futbolçulardan birini icarəyə götürməyi planlaşdırır.

“Lion” avqustun 4-də Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk matçında “Sparta Praqa” ilə qarşılaşacağı üçün hücumçu transferini tez bir zamanda yekunlaşdırmaqda maraqıdır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью