“Yuventus”un yeni hədəfi Milan Şkrinyar

15.10.2025

Qol.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İtaliyanın “Yuventus” klubu “Fənərbaxça”nın müdafiəçisi Milan Şkrinyarı transfer planlarına daxil edib.

QOL.az xarici KİV-ə istinadən xəbər verir ki, Turin təmsilçisi slovakiyalı futbolçunu yanvar ayında komandaya cəlb etməyi planlaşdırır. 

İtaliya nəhəngi Bremerin zədə problemi səbəbindən müdafiə xəttini gücləndirmək istəyir və Şkrinyar bu mövqedə əsas namizədlərdən biri sayılır.

Qeyd edək ki, 30 yaşlı futbolçu bu ilin iyulunda PSJ-dən “Fənərbaxça”ya icarə əsasında keçib.
Xatırladaq ki, o, daha əvvəl “Sampdoriya” və “İnter” kimi klublarda forma geyinib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью