Yuventusun yeni transfer hədəfi Meneceri təsdiqlədi

26.12.2024

Icma.az, Qol.az portalına istinadən məlumat yayır.

"Benfika"nın futbolçusu Antonio Silvanın agenti Jorje Mendeş açıqlama verib. 

QOL.az xəbər verir ki, bu barədə "Sky Sport" nəşri məlumat yayıb. O, "Yuventus"un 21 yaşlı portuqaliyalı müdafiəçi ilə maraqlandığını bildirib:

"Yuventus" Antonionu istəyir, o da "Yuventus"u. O, möhtəşəm xüsusiyyətlərə malik olan vacib futbolçudur. Bir çox böyük klubların xoşuna gəlir. Yekun qərar "Benfika"dan asılıdır. Onların qərarını gözləməliyik". 

Qeyd edək ki, Antonio Silva "Benfika"nın yetirməsidir. Onun Portuqaliya klubu ilə müqaviləsi 2027-ci ilə qədərdir. 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью