futbolpress-az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
İtaliya futbolu ağır itki ilə üzləşib. “Yuventus”un akademiyasının yetirməsi olan gənc yarımmüdafiəçi Yakomo Qyardelli uzun müddətdir mübarizə apardığı xəstəlik səbəbindən 22 yaşında dünyasını dəyişib.
Futbolpress.az xəbər verir ki, 2004-cü ildə anadan olan Qyardelli futbola “Yuventus” və “Alesandriya” klublarının akademiyasında başlayıb.
Daha sonra D Seriyasında çıxış edən “Asti” klubuna transfer olunan gənc yarımmüdafiəçi 2024/25 mövsümündə də əsas heyətdə yer alırdı. Lakin xəstəliyinin kəskinləşməsi səbəbindən o, futbol karyerasını yarımçıq qoymaq məcburiyyətində qalmışdı. Ailəsi və klubları bu müddət ərzində onun səhhəti ilə bağlı məxfiliyi qorumağa üstünlük vermişdi.