Sherg.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Rusiya-Gürcüstan sərhədində yerləşən “Yuxarı Lars” sərhəd-keçid məntəqəsində yük avtomobillərinin hərəkəti bərpa olunub.
Sherg.az xəbər verir ki, Gürcüstanın Avtomobil Yolları Departamentinin məlumatına görə, əlverişsiz hava şəraiti səbəbindən bağlanan keçid yenidən yük maşınlarının hərəkəti üçün açılıb.
Bildirilib ki, qar və buzlaşma səbəbindən məhdudlaşdırılan Mtsxeta-Stepançminda-Lars beynəlxalq avtomobil yolunun Qudauri-Kobi hissəsində qoşqulu və yarımqoşqulu nəqliyyat vasitələrinin hərəkətinə icazə verilib.
Qeyd edək ki, “Yuxarı Lars” keçidi Gürcüstan ərazisindən keçməklə Ermənistanı Rusiya ilə birləşdirən yeganə fəaliyyətdə olan quru yoludur.