Yuxarı Lars yenidən bağlandı

13.12.2024

Icma.az bildirir, Axar.az saytına əsaslanaraq.

Gürcüstandan Rusiyaya gedən “Yuxarı Lars” beynəlxalq keçid məntəqəsi bütün növ nəqliyyat vasitələri üçün bağlanıb.

Axar.az xəbər verir ki, bu barədə Ermənistanın Rusiya Federasiyasındakı səfirliyinin gömrük attaşesi məlumat verib.

“Beynəlxalq əhəmiyyətli Mtsxeta-Stepantsminda-Lars avtomobil yolunun Qudauri-Kobi hissəsində qar uçqunu riski yüksəkdir, ona görə də bütün növ avtomobillər üçün bu hissədən keçid qadağandır”, - deyə bildirilib.

Xatırladaq ki, Yuxarı Lars keçid məntəqəsindən keçən yol hazırda Ermənistanı Rusiya ilə (Gürcüstan ərazisindən) birləşdirən yeganə quru marşrutdur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью