Yuxarı Lars yolu yenə bağlandı KONKRET

23.04.2026

Konkret.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Hava şəraiti ilə əlaqədar olaraq Yuxarı Lars keçid məntəqəsinə gedən yolda ağır tonnajlı nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılıb.

KONKRET.az xəbər verir ki, bu barədə Gürcüstan Avtomobil Yolları Departamentindən məlumat verilib.

“Mtsxeta-Stepantsminda-Lars beynəlxalq avtomobil yolunun Qudauri-Kobi hissəsində qoşqulu və yarımqoşqulu nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq dayandırılıb”, – məlumatda bildirilib.

Məhdudiyyətin qar yağması ilə əlaqədar olduğu qeyd olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью