futbolpress-az saytından alınan məlumata görə, Icma.az bildirir.
“Sumqayıt” Misli Premyer Liqasının VIII turunda “Araz-Naxçıvan”a qalib gəldi – 2:1.
Matçdan sonra “kimyaçılar”ın futbolçusu Lukas Blek “Futbolpress.az“ın suallarını cavablandırdı:
– Ardıcıl ikinci qələbənizi qazandınız. Matçı şərh edərdiniz.
– Maraqlı görüş oldu. Doğrudur, ilk hissədə yaxşı oynamaqdır. Amma fasilədən sonra toparlandıq və geridönüş edə bildik.
– Fasilədə nələri dəyişdiniz?
– Baş məşqçimiz Filipe Kandido komandada bəzi taktiki dəyişikliklər etdi. Bundan sonra oyunumuzu yaxşılaşdırdıq və istədiyimiz nəticəni qazandıq.
– Komandaya tam uyğunlaşdığınızı demək olar?
– Bəli. Burda futbol Braziliyadan fərqlidir, taktiki və fiziki oyuna çox üstünlük verilir. Bütün matçlar çətin keçir. Tam uyğunlaşdığımı deyə bilərəm. Özümü çox yaxşı hiss edirəm.
– Növbəti turda rəqibiniz “Zirə” olacaq. Bu komandaya uzun müddətdir ki, qalib gələ bilmirsiniz. Sindromu qırmağı bacaracaqsınız?
– Bəli, xəbərim var. Niyyətimiz seriyanı qırmaq və ardıcıl üçüncü qələbəmizi qazanmaqdır. Xallarımızı artırırıq, belə davam edib, yuxarı pillələrdə olmağı arzulayırıq.
– Baş məşqçiniz Kandidonun fəlsəfəsinə tam uyğunlaşmısınız?
– O, çox yaxşı biridir. Hər gün bizimlə sıx çalışır, istər kollektiv, istərsə də fərdi olaraq danışır, fəlsəfəsini izah edir. İnanıram ki, növbəti oyunlarda da bunun faydasını görəcəyik.
Şahin Cəfərov