“Yuxarı pillələrdə olsaydıq…” Maksimov

31.10.2026

Icma.az, futbolpress-az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Misli Premyer Liqasının X turunun “Araz-Naxçıvan” – “Zirə” oyunundan (2:2) sonra meydan sahibi komandanın baş məşqçisi Yuri Maksimov jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi:

– Oyunçulara təşəkkür edirəm. Çox çalışdılar, amma gücləri çatmadı. Xal götürsəydik, yaxşı olardı. Məqsədimiz qələbə qazanmaq idi.

– Demək olar ki, iki xal itirdiniz?
– Düşünürəm ki, itirməsəydik, yaxşı olardı.

– Sizcə, futbolçularda məsuliyyət çatmadı?
– Turnir cədvəlində sonuncu olduğumuz üçün futbolçular həyəcanlı idi. Yuxarı pillələrdə olsaydıq, daha yaxşı nəticə əldə edə bilərdik.

Şahin Cəfərov 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью