Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.
Göyçayda Yuxarı Şirvan suvarma kanalının rayonun Şəhadət kəndi ərazisindən keçən hissəsində (Köhnə çay yatağı) partlayış baş verib.
“Qafqazinfo” xəbər verir ki, yaşayış yerlərində subasma hadisəsi hələ ki qeydə alınmayıb.
Ərazilər tam nəzarət altındadır.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları, Göyçay Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin texnikaları və canlı qüvvəsi cəlb olunub.
Hazırda baş vermiş partlayışın fəsadları aradan qaldırılır.
Yunis Quliyev