Yuxu görərkən beyində nə baş verir?

29.09.2026

Olke.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ölkə.az xəbər verir ki, Yaponiyanın Tohoku universitetində aparılan araşdırmada yuxu zamanı beyinə qan və enerji mənbələrinin axını artsa da neyronların birbaşa istifadə etdiyi əsas enerji vahidi olan ATP səviyyəsinin sürətlə azaldığı müəyyən edilib.

Alimlər xüsusi görüntüləmə üsullarından istifadə edərək təbii yuxu vəziyyətində olan siçanların beyin fəaliyyətini izləyiblər. Nəticələrə görə, REM mərhələsi başlamazdan təxminən 50 saniyə əvvəl beynin arxa hissəsindən ön hissəsinə doğru qan axını əhəmiyyətli dərəcədə artır. Lakin buna baxmayaraq, neyronlarda enerji sərfiyyatı yüksəlir.

Araşdırmanın rəhbəri professor Ko Matsui bildirib ki, insan yuxuda sakit görünsə də xüsusilə yuxu zamanı beyin olduqca aktiv işləyir. Tədqiqatçılar enerji sərfiyyatının yaddaşın möhkəmləndirilməsi, sinapsların yenidən təşkili və beyin bölgələri arasında intensiv informasiya mübadiləsi ilə əlaqəli ola biləcəyini qeyd ediblər.

Alimlərin fikrincə, əldə olunan nəticələr yuxunun yaddaş və beyin fəaliyyətindəki rolunu, eləcə də beynin məhdud enerji ehtiyatlarını necə idarə etdiyini daha yaxşı anlamağa kömək edə bilər.(sfera)

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью