Saglamolun portalından alınan məlumata görə, Icma.az xəbər verir. Yuxunu tədqiq edən elm "somnoloqiya" adlandırılır.
Bu ən cavan tibbi elmlərdən biridir. Somnoloqların tədqiqatları yuxu ilə bağlı olan bir çox insan arasında yayılmış fikirləri alt-üst edir.
Beləliklə: Hami bilir ki, yuxu istirahət üçün lazımdır. Lakin bu yalnız qismən həqiqətdir.
Yuxu zamanı insan orqanizmində mürəkkəb biokimyəvi proseslər gedir - bəzi hormonlar və bioloji aktiv maddələr hazırlanır, orqanizm hüceyrə səviyyəsində təmizlənir, gün ərzində qəbul olunmuş informasiya beyin tərəfindən analiz edilir.
Beyinin yuxu zamanı aktiv şəkildə işləməsini təsdiq etmək üçün bu kimi faktı gətirmək olar: bəzi tanınmış alimlər öz kəşflərini yuxuda görüblər.
Belə ki, bildiyimiz kimi tanınmış kimyaçı alim Mendeleyev öz məşhur cədvəlini məhz yuxuda görüb.
Digər dahi alim Albert Enşteyn öz nisbilik nəzəriyyəsinə yenə də yuxuya "borcludur".
Atom fizikasının banisi Nils Bor atomun modelini yuxuda görüb. Belə misallar yenə də gətirmək mümkündür.