Yuxu həblərinin beyinə gözlənilməz təsiri müəyyən edilib TƏDQİQAT | Icma.az
Yeniazerbaycan portalından verilən məlumata əsasən, Icma.az bildirir. Yuxu pozğunluğu müasir cəmiyyətin əsas problemlərindən biridir.
ABŞ-da böyüklərin üçdə biri və yeniyetmələrin 80 faizi yuxu çatışmazlığından əziyyət çəkir.
Yuxunun insan sağlamlığı üçün əhəmiyyəti danılmazdır – o, immunitet sistemindən tutmuş yaddaş və öyrənmə funksiyalarına qədər müxtəlif proseslərdə mühüm rol oynayır.
Bununla belə, yuxunun bioloji mahiyyəti elm adamları üçün hələ də tam aydın deyil.
Son araşdırmalar göstərir ki, yuxu təkcə beynin istirahət etməsinə deyil, həm də orada toplanmış zərərli tullantıların təmizlənməsinə xidmət edə bilər.
Məhz bu kontekstdə yuxu həblərinin təsiri ilə bağlı yeni araşdırmalar diqqət çəkir.
AZƏRTAC xəbər verir ki, “Cell” jurnalında dərc olunan bir tədqiqat yuxu həbi olan “zolpidemin” (“Ambien” ticarət adı ilə tanınır – red.) beyin üzərində gözlənilməz təsirlərini ortaya qoyub.
Araşdırma siçanlar üzərində aparılıb və “zolpidem” qəbul edən siçanların daha tez və daha dərin yatdıqları müşahidə edilib.
Tam oxu
Xəbəri oxu