Olke.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Ölkə.az Oxu.az-a istinadən xəbər verir ki, bunu neyrobioloq Baland Cəlal "The Guardian" nəşrinə müsahibəsində deyib.
Alimin sözlərinə görə, yuxu iflici zamanı beyin qismən oyansa da, bədən hələ də hərəkətsiz vəziyyətdə qalır.
Mütəxəssis qorxulu obrazların yaranmasını beynin bədənin hərəkətsizliyini izah etməyə çalışması ilə əlaqələndirib.
O vurğulayıb ki, təşviş və narahatlıq hissi yuxu iflicinin yaranmasına təkan verən amillərdəndir.
Neyrobioloq belə qorxulu oyanmalar zamanı təşvişə düşməməyi, hərəkətsizliyi güc tətbiq edərək aradan qaldırmağa çalışmamağı və diqqəti başqa istiqamətə yönəltməyi tövsiyə edib.