Yuxu rejimini dəyişməyin sadə YOLU

12.10.2026

Redaktor.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Yuxu rejimini tədricən dəyişməklə daha rahat yatmaq mümkündür.

Redaktor.az xarici mətbuata istinadən xəbər verir ki, somnoloq Elli Hare yuxu rejimini sağlamlığa zərər vermədən dəyişməyin yollarını açıqlayıb.

Onun sözlərinə görə, yatmaq vaxtını hər dəfə 15 dəqiqə gecikdirərək bir neçə həftə ərzində yuxu rejimini tədricən dəyişmək olar. Bu, orqanizmin yeni rejimə alışmasına kömək edir.

Mütəxəssis yuxu rejiminin tənzimlənməsi üçün yemək vaxtına da diqqət yetirməyi tövsiyə edib. O bildirib ki, qidalanma saatları da orqanizmin daxili ritminə təsir göstərir.

Elli Hare, həmçinin gündüz saatlarında, xüsusilə səhərlər açıq havada daha çox vaxt keçirməyi məsləhət görüb. Onun sözlərinə görə, təbii işıq və gün ərzində aktiv olmaq daxili saatın tənzimlənməsinə, gecə isə yuxuya getməyin asanlaşmasına kömək edir.

Aytəkin TOFİQQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью