Icma.az, Lent az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Yuxuda alma görmək insanın həyatında mühüm dəyişikliklərdən xəbər verə bilər.
Məsələn, yuxuda alma görmək maddi və ya mənəvi rifahın artacağına, sağlamlıq vəziyyətinin yaxşılaşacağına və ya yeni imkanlarla qarşılaşacağına işarə edə bilər.
Bundan əlavə, alma romantika və emosional münasibətlərlə əlaqələndirilir. Yuxularda bir çox şey görürük. Bunlardan biri də almadır.
Bəs, yuxuda alma görmək nədir? Lent.az yuxuda alma görməyin hansı mənaya gəldiyi ilə bağlı qısa xülasəni sizə təqdim edir: Yuxuda alma görmə
Çox gözəl məna daşıyan bu yuxu xeyirli övladlara, xoşbəxtliyə və qismətə işarə edir. Qırmızı alma və yaşıl alma görmək fərqli yozulur.
Yuxuda qırmızı alma görmək ləzzət alacaq yaxşı işlərə, yaşıl alma isə sıxıntıya, əhval-ruhiyyənin aşağı düşməsinə və ya münaqişəyə işarə edir.
Almanın mənası yuxudan yuxuya dəyişir, lakin yuxuda alma görmək ümumiyyətlə; Uğurlu, xeyirli, gözəl və xoş şeylərə yozulur.