Icma.az, Lent az saytına istinadən bildirir. Yuxuda boulinq oynadığını görmək – uzun müddətdir həyata keçirmək istədiyiniz arzularınızı gerç
Yuxularda bir çox şey görürük. Bunlardan biri də boulinq oynamaqdır. Bəs, yuxuda boulinq oynadığını görmək hansı mənaya gəlir?
Lent.az yuxuda boulinq oynamağın hansı mənaya gəldiyi ilə bağlı qısa xülasəni təqdim edir: Yuxuda boulinq oynadığını görmək nədir?
Diqqətinizin yüksək olmasına, konsentrasiya qabiliyyətinizin güclü olmasına və diqqət yayınıqlığının olmamasına yozulur.
Uzun zamandır diqqətlə hazırladığınız bir layihəni həyata keçirəcəyinizi, yaradıcılığınıza mane olan insanlardan uzaq duracağınızı və iş yerində məhsuldar olmağınıza əngəl törədən hər şeyi həyatınızdan çıxaracağınızı bildirir.
Belə bir yuxu həm də sakitliyinizi pozan, motivasiyanızı azaldan və həyatınızı qaydasında yaşamağınıza mane olan şəxslərlə artıq görüşməyəcəyiniz anlamına gəlir.
Yuxuda boulinq topu görmək nədir? Depressiyaya düşmək, kədərlənmək, tək qalmaq və sıxıntı keçirmək kimi yozulur.
Daha əvvəl yaşadığınız pis dostluq təcrübəsi səbəbilə içinizə qapanacağınızı, sosiallaşmaq istəməyəcəyinizi, evdə qalmaq və heç kimlə görüşməmək istəyəcəyinizi göstərir.