Yuxudan oyananda Barselona ya qol vuracağımı bilirdim

26.02.2025

Qol.az saytına istinadən Icma.az xəbər verir.

"Atletiko"nun hücumçusu Aleksandr Serlot maraqlı açıqlaması ilə diqqət çəkib.

QOL.az xəbər verir ki, 29 yaşlı hücumçu İspaniya kubokunun yarımfinal mərhələsinin ilk oyununda "Barselona"ya vurduğu qoldan danışıb. Onun 90+3-cü dəqiqədəki qolu ilə komandası məğlubiyyətdən xilas olub - 4:4.

Serlot isə deyib: “Barselona”ya qarşı oynayanda özümü yaxşı hiss edirəm. Səhər yuxudan oyananda bilirdim ki, "Barselona"ya qol vuracağam". 

Qeyd edək ki, bu komandalar arasında cavab oyunu aprelin 2-də keçiriləcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью