Yuxulu sürücü qəzaya səbəb oldu Xəsarət alan var

21.07.2025

Oxu.az saytına istinadən Icma.az xəbər verir.

Goranboy rayonunun Dəliməmmədli kəndində yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az xəbər verir ki, 10-SK-992 dövlət nömrə nişanlı avtomobil idarəetməni itirərək qəza törədib.

İlkin məlumata görə, sürücünün yuxulu olması qəzanın başvermə səbəblərindən biri kimi göstərilir.

Hadisə nəticəsində bir nəfərin xəsarət aldığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью