Yuxunu yaxşılaşdırmağa kömək edən MƏHSULLAR

15.09.2026

Icma.az, Redaktor.az saytına istinadən bildirir.

Bəzi bitki mənşəli qidalar yuxu keyfiyyətinin yaxşılaşmasına kömək edə bilər.

Redaktor.az xəbər verir ki, bu barədə əhkim Olesya Maxova lenta.ru-ya açıqlamasında bildirib.

Onun sözlərinə görə, yuxusuzluq və keyfiyyətsiz yuxu yalnız stresslə deyil, axşam saatlarında qəbul edilən qidalarla da bağlı ola bilər.

Mütəxəssis yuxu problemi yaşayanlara banan, balqabaq toxumu, badam, qoz, albalı və albalı şirəsi kimi məhsulları tövsiyə edib. Onun sözlərinə görə, bu qidaların tərkibində yuxuya hazırlaşmağa kömək edən maqnezium, kalium, triptofan və melatonin kimi maddələr var.

Çobanyastığı və nanə kimi kofeinsiz bitki çaylarının da yatmazdan əvvəl rahatlamağa və narahatlığı azaltmağa kömək edə biləcəyi bildirilib.

Maxova yatmazdan əvvəl ağır yeməklərdən uzaq durmağı məsləhət görüb. Onun sözlərinə görə, yatmazdan 1-1,5 saat əvvəl bir ovuc qoz-fındıq, banan və ya bir fincan çobanyastığı çayı kimi yüngül qəlyanaltı qəbul etmək olar.

Mütəxəssis həmçinin yuxu rejiminə əməl etməyin və hər gün təxminən eyni vaxtda yatmağın vacib olduğunu vurğulayıb.

Aytəkin TOFİQQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью