Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır. Gecə yarıyadək ayrıla bilmədiyimiz elektron cihazlar buna imkan verirmi?
Texnologiyanın sürətli inkişafı ilə smartfon, planşet və kompüter kimi cihazlardan istifadə həyatımızın ayrılmaz hissəsinə çevrilib.
Bu cihazlar, sadəcə, ünsiyyət vasitəsi deyil, məlumat axınına əlçatanlıq yaradan və müxtəlif proqramlar sayəsində həyatımızı asanlaşdıran vacib alətlərdir.
İnsanlar smartfonlar vasitəsilə sosial şəbəkələrdə ünsiyyət qurur, məlumat alır və hətta sağlamlıqlarını izləyirlər.
Lakin bu cihazlar həyatımızı keyfiyyətcə yaxşılaşdırdığı kimi, sağlamlığımıza da mənfi təsir göstərir.
Yatmazdan əvvəl sosial mediada zaman keçirmək, mesajlaşmaq və ya video izləmək bir çoxumuz üçün gecə vərdişlərinə çevrilib.
Bəzi insanlar gecələr telefonunu əlindən buraxmaqda çətinlik çəkir, bəziləri isə bilərəkdən özlərini yuxudan məhrum edirlər.
Mütəxəssislər xəbərdarlıq edirlər ki, bu vəziyyət yuxusuzluq yaratmaqla yanaşı, narahat yatmağa, ümumilikdə, sağalmayan ağır fəsadlara səbəb ola bilər.