Icma.az bildirir, Saglamolun portalına istinadən. Yuxusuzluq insanın orqanizmi üçün çox ziyanlıdır.
Bu halda insanın sinir, ürək-damar, immun və s. sistemlərinə böyük zərər vurulur.
Həkimlərin rəyinə görə, yuxusuzluq hətta insanın həyatını qısaldır! İnsan orqanizmi “melatonin” adlı hormon hazırlayır.
Bu hormona “yuxu hormonu” deyilir. Cavan insanlarda yuxusuzluğun əsas səbəbi olan stres, həyacanlanmalar və s.
zamanı orqanizmində stres hormonların – adrenalin və kortizolun – hazırlanması artır ki, nəticədə melatoninin hazırlanması azalır.
Yuxusuzluq zamanı insanlar tez-tez yuxugətirici həblərdən istifadə etməyə çalışırlar. Bu böyük səhvdir!
İnsan orqanizmi bu dərmanlara tez öyrəşir və daha artıq dozaları tələb edir ki, bu da böyük təhlükə yaradır.
Böyük dozalarda yuxugətirici dərmanlarının qəbulu çox ziyanlıdır və hətta ölümə gətirib çıxara bilər.