Yuxusuzluq, başgicəllənmə və stressin səbəbi budur

03.02.2026

Icma.az bildirir, Axsham.az portalına istinadən.

Gün ərzində tez yorulursunuz, pilləkənlərə qalxarkən nəfəsiniz kəsilir, yoxsa güzgüyə baxanda saç tökülməsinin artdığını hiss edirsiniz? Əksər insanlar bu simptomları sıx iş qrafiki, stress və ya yuxusuzluqla izah etməyə çalışsalar da, mütəxəssislərin fikrincə, səbəb başqadır.

Axşam.az xəbər verir ki, bu şikayətlərin ortaq bir səbəbi ola bilər. Mütəxəssislər saç tökülməsinin, ürək döyüntüsünün, yorğunluğun və diqqətin cəmlənməsi problemlərin səbəbini və sağlamlığınızı bərpa etmək üçün nələrə diqqət yetirməli olduğunuzu açıqlayıb. 

Bunlara səbəb dəmir çatışmazlığı ola bilər. Bu, tez yorğunluq, zəiflik, başgicəllənmə, diqqət problemləri, ürək döyüntüsü, solğun dəri, saç tökülməsi və dırnaq zədələnməsi kimi problemlərlə özünü göstərə bilir. Buna əmin olmağın yeganə yolu həkimə müraciət etmək və lazımi qan analizlərini verməkdir.

Dəmirin immun sistemində, əzələ funksiyasında və zehni fəaliyyətdə mühüm rol oynadığını və qan səviyyəsi aşağı olduqda, dəmirin heyvan və bitki mənbələrindən əldə edilə biləcəyini bildirən mütəxəssislər bunların yeyilməsini vacib hesab edir:

Qırmızı ət, qaraciyər və yumurta dəmirlə zəngin heyvan mənbələridir.
Paxlalı bitkilər.
Səhər yeməyində yumurta yemək
C vitamini tərkibli qidalar qəbul edin.
Qırmızı bolqar bibəri, kivi, mandarin, cəfəri, nanə və şüyüd kimi yaşıl yarpaqlı tərəvəzlər dəmirlə zəngindir.
Qızardılmış küftələrə bol limon salatı əlavə edib yemək dəmir əksikliyinə aradan qaldıra bilər.
Hinduşka, balıq və dəniz məhsulları xüsusilə dəmirlə zəngin mənbələrdir.
Qoz-fındıq və xüsusilə quru meyvələr yüksək dəmir tərkibli qidalardır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью