Yuxusuzluq beyin sağlamlığına necə təsir edir?

27.08.2026

Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Yuxusuzluq və xroniki stress yalnız gündəlik həyatı deyil, həm də uzunmüddətli perspektivdə beyin sağlamlığını ciddi şəkildə təhdid edə bilər.

“Cebheinfo.az” “Medicina.az”-a istinadən bildirir ki, professor, həkim - nevroloq Natalya Şindryayeva açıqlamasında qeyd edib ki, xroniki yorğunluq, davamlı stress və yuxu çatışmazlığı beyin üçün xüsusilə təhlükəli kombinasiyadır:

“Daimi stress zamanı orqanizmdə oksidləşdirici stress və gizli iltihabi proseslər yarana bilər. Bu isə qan dövranına və beynin oksigenlə təminatına mənfi təsir göstərə bilər”.

O qeyd edib ki, belə vəziyyət uzun müddət davam etdikdə diqqətin azalması, yaddaş problemləri, emosional tükənmə və sinir hüceyrələrinin qocalmasının sürətlənməsi müşahidə oluna bilər.

Həkim bildirib ki, bir çox insan yuxusuzluğa alışır və səhərlər özünü yorğun hiss etməsini yalnız sıx iş qrafiki ilə əlaqələndirir:

“Lakin uzunmüddətli yuxusuzluğa laqeyd yanaşmaq düzgün deyil. Beynin koqnitiv funksiyalarını qorumaq üçün kifayət qədər yuxu, stressin idarə olunması və mütəmadi tibbi müayinələr vacibdir”.

Şindryayeva daha əvvəl uzun müddət davam edən hıçqırığın da bəzi ciddi xəstəliklərin əlaməti ola biləcəyi barədə xəbərdarlıq edib. 

Onun sözlərinə görə, nadir hallarda davamlı hıçqırıq insult kimi ciddi problemlərlə əlaqəli ola bilər.

Aişə
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью