Yuxusuzluq bu qadına 150 min dollar qazandırdı

17.07.2026

Olke.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ölkə.az xəbər verir ki, bu barədə UPI yazır.

Şimali Karolina sakini Syu Rouli yuxusuzluq sayəsində onlayn lotereyada 150 min dollar udub. O, yata bilmədiyi üçün telefonunu götürüb və rəqəmsal ani lotereya oyunları oynamağa başlayıb. 30 dollar mərc edən amerikalı qadın cekpotu qazanıb.

Qadın etiraf edib ki, əvvəlcə bəxtinə inanmayıb, çünki belə uduşlar hər gün olmur. Syu qazandığı pulla evində təmir işləri görməyi planlaşdırır.

"Biz çox şadıq", - deyə o bildirib.

Ştat rəsmiləri oyunçulara ölçünü gözləməyi və lotereyalara qazanc yolu kimi deyil, əyləncə kimi yanaşmağı xatırladır. Buna baxmayaraq, Roulinin hekayəsi artıq yerli sensasiyaya çevrilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью