Yuxusuzluqla mübarizənin qaydaları

25.11.2025

Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Somnologiya üzrə həkim Lindsi Brauninq və yuxu üzrə mütəxəssis Nil Stenli gecə qəflətən oyanma və bunun nəticəsində yaranan yuxusuzluqla mübarizənin bir neçə qaydasını açıqlayıb.

Redaktor.az xəbər verir ki, onlar tövsiyələrini "HuffPost" ilə bölüşüblər.

Brauninqin sözlərinə görə, gecə qəflətən oyananlar üçün birinci məsləhət budur ki, 20 dəqiqədən artıq yataqda yatmaq faydasızdırsa, qalxıb başqa işlə məşğul olmaq lazımdır. Məsələn, kitab oxumaq və ya təmiz paltarları qatlamaq kimi sadə fəaliyyətlər stresi azaltmağa və yenidən rahat yuxuya getməyə kömək edir.

Həkim həmçinin qəflətən oyananda saatı yoxlamamağı tövsiyə edib, çünki qalan vaxtı hesablayaraq narahatlıq yalnız artır. Eyni səbəbdən yataqda telefonla xəbərləri izləmək və ya oyun oynamaq da məsləhət görülmür.

Aytəkin TOFİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью