Yüz iyirmi ölkədən 60 mindən çox insan Vatikana toplaşır

30.05.2025

Icma.az bildirir, Azertag portalına istinadən.

Vatikan, 30 may, AZƏRTAC

Dünyanın 120 ölkəsindən 60 mindən çox insan Vatikanda toplaşır.

AZƏRTAC xəbər verir ki, Vatikanda qeyd olunan Müqəddəs Yubiley İli çərçivəsində mayın 30-dan iyunun 1-dək keçiriləcək Ailələr, Uşaqlar və Yaşlılar Yubileyi üç nəsli - valideynlər, uşaqlar, nənə və babaları bir araya gətirəcək. Bayram tədbirində ailə birliyinin önəmi vurğulanacaq, ziyarətlər və dualar olunacaq. İştirakçılar Romadakı 4 əsas kilsənin - Müqəddəs Pyotr, Müqəddəs İoann Lateran, Santa Maria Maggiore və Müqəddəs Paulun müqəddəs qapılarından keçəcəklər.

Həmçinin “Ailə festivalı” təşkil olunacaq, bayram tədbiri Papa XIV Leonun iştirakı ilə Müqəddəs Pyotr meydanında keçiriləcək mesa ilə başa çatacaq.

Ən böyük nümayəndə heyətləri İtaliya, İspaniya, ABŞ, Polşa və Portuqaliyadan gəlib. Latın Amerikası, Kanada, Böyük Britaniya, Almaniya, Filippin və bir sıra Afrika ölkələrindən də çoxsaylı iştirakçılar gözlənilir.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Vatikan

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью