Avtosfer saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Xırdalan şəhərində yol hərəkəti qaydasını pozan sürücü kameraya düşüb. Avtosfer.az xəbər verir ki, hadisə Heydər Əliyev prospektində qeydə alınıb. Belə ki, 77-EX-162 qeydiyyat nişanlı "Toyota Prius" markalı avtomobilin sürücüsü yolunu qısaltmaq üçün qaydaları pozmağı seçib. O, qoşa xəttin üzərindən sola dönərək yolun kənarında parklanma edib.
Qeyd edək ki, bu qayda pozuntusuna görə, İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə 3 bal 100 manat məbləğində cərimə nəzərdə tutulub.
Fərid