Icma.az, Azvision portalına istinadən məlumatı açıqlayır.
1960-cı ildə Raymon Keno riyaziyyatçı Fransua le Lionne ilə birlikdə OULIPO adlı birlik yaratmışdı. Tam adı “Ouvroir de littérature potentielle” – “Potensial Ədəbiyyat Emalatxanası” olan qrupun məqsədi ilham olmadan şeir yaratmağın riyazi üsullarını araşdırmaq idi. Bundan bir il sonra “Yüz min milyard şeir” kitabı ortaya çıxır.
Kitabda cəmi on sonet var. Hər sonetin hər sətri ayrı zolaqda çap olunub. Bütün sonetlər eyni heca və qafiyə ilə (aBaB aBaB ccD eeD) yazıldığından, sətirləri istənilən qaydada seçib, birləşdirmək olar. Beləliklə, müxtəlif sətirlərin kombinə edilməsilə kitabın adında deyildiyi miqdarda şeir yaratmaq mümkündür. Bu, indiyə qədər yazılmış bütün şeirlərin ümumi sayından çoxdur.
Raymon Keno ixtirasını “şeir istehsal edən maşın” adlandırıb. Mümkün variantları nəzərə alsaq, istənilən insan 38 səhifəlik kitabın vasitəsilə əvvəllər heç kimin oxumadığı bir şeir yarada bilər. Bütün mümkün variantları oxumaq üçün 200 milyon il vaxt tələb olunur.
Samir Quliyev
AzVision.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin. Kitabda cəmi on sonet var. Hər sonetin hər sətri ayrı zolaqda çap olunub. Bütün sonetlər eyni heca və qafiyə ilə (aBaB aBaB ccD eeD) yazıldığından, sətirləri istənilən qaydada seçib, birləşdirmək olar. Beləliklə, müxtəlif sətirlərin kombinə edilməsilə kitabın adında deyildiyi miqdarda şeir yaratmaq mümkündür. Bu, indiyə qədər yazılmış bütün şeirlərin ümumi sayından çoxdur.
Raymon Keno ixtirasını “şeir istehsal edən maşın” adlandırıb. Mümkün variantları nəzərə alsaq, istənilən insan 38 səhifəlik kitabın vasitəsilə əvvəllər heç kimin oxumadığı bir şeir yarada bilər. Bütün mümkün variantları oxumaq üçün 200 milyon il vaxt tələb olunur.
Samir Quliyev
AzVision.az