Icma.az bildirir, Azpolitika.az saytına əsaslanaraq. HƏMAS-ın israilli girov Ərbel Yahudu və daha iki girovu azad edəcəyinə söz verdikdən so
Onların bir çoxu bir ildən artıqdır ki, İsrailin hərbi əməliyyatıarına görə evlərini tərk etməyə məcbur olub.
Qeyd olunur ki, sektorun şimalındakı binaların əhəmiyyətli bir hissəsi dağıdılıb və insanlar faktiki olaraq xarabalıqlara qayıdırlar.
Ümumilikdə bölgənin təxminən 650 min sakininin şimala qayıtması gözlənilir.İsrailin Qəzzanın şimal marşrutunu açması yanvarın ortalarında əldə edilmiş atəşkəs və girovların azad edilməsi ilə bağlı razılaşmanın bir hissəsi idi.
Lakin HƏMAS şənbə günü girov götürdüyü dörd israilli qadın əsgəri azad etdikdən sonra İsrail, qarşı tərəfin qrupun rəhbəri Ərbel Yahudu azad etməməklə razılaşmanı pozduğunu söylədi.
İsrail Yahudun azad edilməsinə qədər qəzzalıların şəhərin şimal hissəsinə daxil olmasına icazə verməyəcəyini bildirib.HƏMAS vasitəçilərə Yahudun sağ olduğunu və gələn şənbə günü azad ediləcəyini bildirib, lakin sonradan onun azad olunma tarixini uzadıb.
Onunla bərabər hərbçi Agam Berger və daha bir girovun azad ediləcəyi bildirilir.
Bu, təqvimdən kənar baş verəcək - şənbə, fevralın 1-də daha üç girov azad ediləcək.