Yüzdən çox təqaüdçünü aldadan qadın hakim qarşısına çıxarılır Xəbər saytı Son xəbərlər və Hadisələr

05.12.2024

Baku.ws saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycanda 100-dən artıq vətəndaşın hesabında olan müxtəlif məbləğlərdə pul vəsaitini ələ keçirməkdə şübhəli bilinən 1996-cı il təvəllüdlü Nuranə Məmmədovanın işi üzrə ibtidai istintaq yekunlaşıb.

BAKU.WS Modern.az-a istinadən xəbər verir ki, iş üzrə toplanan materiallar araşdırılması üçün Xətai Rayon Məhkəməsinə göndərilib.

İşə hakim Aygün Həsənovanın sədrliyi ilə baxılacaq.

Sözügedən şəxs barəsində Cinayət Məcəlləsinin 177.2.3-1-ci (oğurluq elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edilməklə törədildikdə) maddəsi ilə cinayət işi açılıb.

Cinayət işində 60-dan çox şəxs zərərçəkmiş kimi tanınıb.

Xatırladaq ki, bu ilin iyununda ölkə ərazisində, əsasən, təqaüd kartlarından pul vəsaitlərinin naməlum şəraitdə oğurlandığı barədə polis orqanlarına vətəndaşlar tərəfindən çoxsaylı müraciətlər əsasında əməliyyat-texniki tədbirlər keçirilib. Nəticədə qeyd edilən əməlləri törətməkdə şübhəli bilinən 1996-cı il təvəllüdlü Nuranə Məmmədova saxlanılıb. Faktlarla bağlı cinayət işi başlanılıb, N.Məmmədova barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью