Yüzlərlə avtomobil RusiyaGürcüstan sərhədində qalıb | Icma.az
Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Ermənilərə məxsus 600-ə yaxın yük maşını Rusiya-Gürcüstan sərhədindəki “Yuxarı Lars” keçid məntəqəsini keçmək üçün elektron növbə gözləyir, nəqliyyat vasitələrinin sayı ötən günlə müqayisədə 150 ​​ədəd artıb.
"Cebheinfo.az" Modern.az-a istinadən xəbər verir ki, bunu “Sputnik Ermənistan”a Şimali Osetiya yol hərəkəti departamentindən bildiriblər.
Noyabrın 8-də elektron növbədə 1405 yük maşını olub ki, onlardan 439-u Ermənistan nömrə nişanlı olub.
“Bu, (600) gömrük-keçid məntəqəsindən keçməli olan növbə gözləyən nəqliyyat vasitələrinin ümumi sayının 30%-ni təşkil edir”, - məlumatda deyilir.
Ümumilikdə müxtəlif ölkələrdən 1890 avtomobil “Yuxarı Lars” keçid məntəqəsini keçmək üçün növbə gözləyir.
Yük maşınlarının yığılması Mtsxeta-Stepantsminda-Lars beynəlxalq avtomobil yolunun Qudauri-Kobi hissəsində hava şəraitinin pisləşməsi ilə bağlıdır.
"Cebheinfo.az" Bizi Telegramda izləyin Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu