Yüzlərlə ayı ÖLDÜRÜLƏCƏK

03.04.2025

News24 saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Slovakiyanın baş naziri Robert Fiko paytaxt Bratislavada ətraf mühit naziri Tomas Taraba və turizm və idman naziri Rudolf Huliak ilə birgə mətbuat konfransı keçirib.

News24.az xəbər verir ki, Baş nazir Fiko son aylarda qonur ayı hücumlarının artması ilə əlaqədar ölkənin 52 bölgəsində fövqəladə vəziyyət elan edildiyini bildirib.

Fico insanların ayıların yeməmək qorxusundan meşəyə gedə bilməyəcəyini, ayı hücumlarının ciddiləşdiyini və yay aylarında bu vəziyyətin daha da dözülməz hala gələcəyindən narahat olduqlarını bildirib.

Onu da qeyd edək ki, Rudolf Huliak da ayı hücumlarının artması səbəbindən 350 ayının vurulmasına icazə verildiyini bildirib.

Günel Məlikzadə

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью