Icma.az, Olke.az portalına istinadən məlumat verir.
Bu barədə Ölkə.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Onlardan 192 fakt üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanılıb, 7 fakt üzrə isə inzibati icraat aparılıb.
Həmin faktlar üzrə 161 nəfər barəsində həbs və digər qətimkan tədbirləri seçilmişdir.
Nəticədə qanunsuz dövriyyədən 372 kiloqram 685 qram heroin, marixuana, tiryək, metadon, həşiş, metamfetamin olan narkotik vasitə və psixotrop maddə aşkar edilərək çıxarılıb.
Hazırda bu istiqamətdə əməliyyat-axtarış və profilaktik tədbirlər davam etdirilir.