Yüzlərlə insan xəstəxanaya yerləşdirildi Bayramda nə baş verib?

01.06.2026

Yenisabah portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bayram günlərində (27-31 may) Bakı şəhəri üzrə təcili tibbi yardım xidmətinə ümumilikdə 9592 çağırış daxil olub.

Bu barədə “Yeni Sabah”ın sorğusuna cavab olaraq, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən bildirilib.

Məlumata görə, 899 nəfər müxtəlif tibb müəssisələrinə hospitalizasiya edilib, digər şəxslərə isə hadisə yerində zəruri tibbi yardım göstərilib. pizza mizza

Ən çox müraciət mayın 28-də qeydə alınıb. Həmin gün təcili tibbi yardım xidmətinə 2061 çağırış daxil olub, onlardan 190 nəfər hospitalizasiya olunub.

Qeyd olunub ki, çağırışların əsas səbəblərini arterial təzyiqin yüksəlməsi, müxtəlif növ travmalar, dispeptik əlamətlər, kardioloji və respirator xəstəliklər təşkil edib.

Aytac Əliyeva


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью