Yüzlərlə körpənin birlikdə dəfn edildiyi qəbir tapıldı: ŞOK SƏBƏB

19.12.2024

Sonxeber.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Yüzlərlə körpənin birlikdə dəfn edildiyi qəbir tapıldı: ŞOK SƏBƏB

Mançester ştatının Oldham şəhərindəki Royton qəbiristanlığında yüzlərlə körpə və uşağın birlikdə basdırıldığı məzar tapılıb.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, bu məzarda 300-ə yaxın körpənin qalıqları aşkarlanıb.

Araşdırma zamanı bəzi mənbələrdən bildirilib ki, 1980-ci illərin ortalarına qədər ölü doğulmuş və ya doğuşdan qısa müddət sonra ölən körpələrin ailələri ilə dəfn mərasimləri ilə bağlı məsləhətləşmələr aparılmırdı:

"O vaxta qədər valideynlər çox vaxt prosesdə iştirak etmirdilər və bir çoxlarına körpələrinin başına nə gəldiyini demirdilər"

Məzarı ilk dəfə biri ölü doğulmuş, digəri isə 1962-ci ildə doğulandan 5 saat sonra ölən bacı-qardaşlarını axtaran qadın aşkar edib.

Şura üzvləri Maggie Hurley və Jade Hughes-un açıqlamasına görə, tapılan qalıqlardan 146-sı ölü doğulmuş körpələrə, 128-i isə körpə və azyaşlı uşaqlara aiddir.

Şura üzvləri: "Valideynlərin körpələrini dəfn etmək əsas hüququndan məhrum edilməsi böyük ədalətsizlikdir", - deyə bildiriblər.

Səlahiyyətlilər məzarı tapan qadının bu travmanın öhdəsindən gəlmək üçün psixoloji dəstəyə ehtiyacı olduğunu bildirib.


Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью