Yüzlərlə tələbə İranda nüvə obyektini mühasirəyə aldı

23.05.2025

Axar.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Yüzlərlə iranlı tələbə İran-ABŞ nüvə danışıqları ərəfəsində ölkənin nüvə proqramına dəstək nümayiş etdirmək üçün Fordo uranın zənginləşdirilməsi zavodunun ətrafında canlı sədd yaradıb.

Axar.az xəbər verir ki, bu barədə “Mehr” məlumat yayıb.

Tələbələr ölkənin milli maraqlarının müzakirə oluna bilməyəcəyi barədə bəyanatı oxuyublar.

Qeyd edək ki, Fordo Yanacaq Zənginləşdirmə Zavodu (FFEP) İranın Qum şəhərindən 32 km şimal-şərqdə, Fordo kəndi yaxınlığında yerləşən yeraltı uranın zənginləşdirilməsi zavodudur.

Xatırladaq ki, uranın zənginləşdirilməsi məsələsi ABŞ-İran danışıqlarının əsas predmetidir.

İki ölkə nümayəndələri arasında növbəti görüş bu gün Roma şəhərində keçiriləcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью