Zabrat gölü son illərdə sürətlə quruyub FOTO

24.11.2025

Icma.az, Milli.az saytına istinadən bildirir.

Bakının Sabunçu rayonunda yerləşən Zabrat gölü son illərdə sürətlə quruyub.

Milli.Az iqtisadiyyat.az-a istinadən xəbər verir ki, XXI əsrin əvvəllərindən başlayaraq gölün ciddi şəkildə quruduğu müşahidə edilir.

Son illərin göstəricilərinə nəzər yetirdikdə isə gölün quruyan hissələrində tikinti işlərinin həyata keçirildiyi, fərdi yaşayış evlərinin inşa edildiyi və məskunlaşma aparıldığının şahidi oluruq.

Qeyd edək ki, Zabrat gölü əsasən atmosfer yağıntılarının, bir qədər isə qrunt sularının hesabına qidalanır.

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью