Zabrat Maşınqayırma Zavodu səhmlərinin nominal dəyərini azaldıb

14.11.2025

Icma.az xəbər verir, Marja.az saytına əsaslanaraq.

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) "Azneftkimyamaş" ASC-nin tabeliyində olan "Zabrat Maşınqayırma Zavodu" ASC-nin dövriyyədə olan 3 550 278 səhminin nominal dəyəri 2 manatdan 1,5 manata endirilib.

Son nəticədə səhmdar cəmiyyətinin nizamnamə kapitalı 1 775 139 manat və yaxud 25 % azalaraq 7 100 556 manatdan 5 325 417 manata düşüb.

ƏMDX bununla bağlı oktyabrın 11-də qərar qəbul edib.

Qeyd edək ki, “Zabrat Maşınqayırma Zavodu” 2004-cü ildə dövlət qeydiyyatına alınıb, qanuni təmsilçisi Faiq Əliyevdir. Şirkətin 80 min manata qədər ödənilməmiş vergi borcu var.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

© Yurd.Media 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью