Zabrat Maştağa yolunda nə baş verir?

17.10.2026

Yenisabah saytından alınan məlumata görə, Icma.az bildirir.

Sabunçu rayonunda Zabrat–Maştağa avtomobil yolunun bir hissəsində təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə tam məhdudiyyət tətbiq olunub.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) məlumatına görə, məhdudiyyət bu gündən yolun Zabrat dairəsindən Maştağa qəsəbəsinin Elşən Məhərrəmli küçəsi ilə kəsişməsinədək olan hissəsini əhatə edir.

Əks istiqamətdə isə oktyabrın 19-u saat 08:00-dan etibarən nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq. pizza hut

Sürücülərdən alternativ yollardan istifadə etmələri xahiş olunur.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью