Zabrat Məmmədli yolunda təmir tıxac yaradıb Sakinlər narazıdırlar

20.05.2025

Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Zabrat-Məmmədli yolunda aparılan təmir işləri ərazidə nəqliyyat sıxlığına səbəb olub. Sakinlər uzun müddətdir davam edən işlərin gündəlik hərəkəti çətinləşdirdiyini bildirirlər.

Oxu.Az-a danışan sakin Fəridə Aslanova deyib ki, yolun bu hissəsində hər gün tıxac yaranır:

"Səhər evdən saat neçədə çıxmağımızın fərqi yoxdur, mütləq bu hissədə tıxaca düşürük. Burada aparılan təmir işi bitmək bilmir".

Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən Oxu.Az-a bildirilib ki, sözügedən ərazidə yeni tullantı su şəbəkəsinin inşası aparılır. Lakin işlərin nə zaman yekunlaşacağı barədə qurum tərəfindən konkret tarix açıqlanmayıb.

Aləmdə Nəsib

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью