Zabrat qəsəbəsində baş verən yanğın SÖNDÜRÜLÜB VİDEO YENİLƏNİB

24.01.2025

Icma.az, Avtosfer portalına istinadən məlumat yayır.

Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində açıq ərazidə yanğın baş verib.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, baş verən yanğınla bağlı qurumun "112" qaynar telefon xəttinə məlumat daxil olub:

"FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb edilib.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində açıq ərazidə baş vermiş yanğın qısa müddətdə söndürülüb.

Hadisə nəticəsində təxminən 200 kvadratmetr sahədə məişət və təkər tullantıları yanıb".

***

Sabunçu rayonu, Maştağa qəsəbəsində açıq ərazidə yanğın baş verib.

Bu barədə Fövqəladə hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, yanğın qısa müddətdə söndürülüb.

(oxu.az)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью